Azərbaycan Valideyn-Müəllim Assosiasiyası

Görkəmli alimi anaq.

Bu gün müasir pedaqoji fikrin görkəmli nümayəndəsi, alim, şair, nasir, publisist, tənqidçi, gözəl pedaqoq, əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor, Azərbaycan Təhsil Şurasının təsisçisi və ilk sədri, Respublika Müəllimlər Şurasının sədri, dəyərli ziyalı, dost, dayaq olan, hamımızın sevimlisi Əjdər Ağayevin ad günüdür. Bu insan sadəliyi və zəngin pedaqoji təcrubəsi, mükəmməl məntiqi ilə bir ziyalı örnəyi, boyuk müəllim nümunəsi, yol göstərən idi. Əjdər müəllim VMA-larin da ən böyük dostu, dayağı idi. Təsadüfi deyildi ki, Azərbaycan Valideyn-Muəllim Assosiasiyası ictimai birliyinin Ağsaqqallar Şurasının sədri kimi hər zaman ən çətin anlarda bizə məsləhət verər, tədbirlərimizdə fəal iştirak edər, maraqlı çıxışları ilə təhsil iştirakçılarını maarifləndirərdi. O həm də sadiq dost idi, böyüklə böyük, kiçiklə kiçik, hər kəslə səmimi və sadə davranar, dərin məntiqi olan gəncləri seçər, dəstək olar və sevərdi. Əjdər müəllimin xatirəsi ürəklərdə əbədi məşəl kimi nur saçar, qaranlıqdan, cəhalətdən kamilliyə, inkişafa, tərəqqiyə doğru mayak kimi yolu isiqlandirar. Allah rəhmət eləsin, qəbri nurla olsun. Yolun cənnət olsun, Böyük Müəllim.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir