Azərbaycan Valideyn-Müəllim Assosiasiyası

Mərkəzi Ofisdə toplantı

18 sentyabr 2019-cu il tarixdə AVMA İB Mərkəzi Ofisində “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İB-nin İcra Surası və İdarə Heyətinin birgə toplantısı keçirilmişdir. Toplantıda AVMA İB-nin il ərzində gördüyü işlər barədə məlumat-hesabat verilmiş, AVMA İB-nin 14-cu Qurultayının (Ümumi Yığıncağının) nəticələri və ondan sonrakı fəaliyyətlər, qazanılan uğurlar qeyd olunmuşdur. İl ərzində Turkiyədə keçirilən “Caspi Art” Beynəlxalq Müsabiqəsinin 5 mərhələsi üzrə AVMA İB-nin təltif sertifikatları, 4 hərbi hissədə keçirilən tədbirlərin təltifləri, “Odlar yurdu” Universitetindəki beynəlxalq təlimlərlə bağlı Təşəkkürnamə, 2019-cu il üzrə ictimai fəaliyyətə görə “Best of Azerbaijan” Milli Fəxri Mükafatı, “İbtidai sinif müəllimlərinin 2-ci Təhsil Forumu”nda iştirak, regionlarda təhsil iştirakçılarının marağına səbəb olan AVMA İB-nin “Məktəb ailəsi” təlim-istirahət düşərgələrinin təşkili layihəsinin nəticələri və sair digər uğurlar vurğulanmış, Təhsil Nazirliyi nəzdində yeni yaradılan İctimai Şura və bununla bağlı təkliflər müzakirə edilmişdir. AVMA İB-nin bu ilki strateji planlaşdırılmasında təskilatlanmanın təkmilləşdirilməsi ilə yanaşı, regional və beynəlxalq əlaqələrin genişləndirilməsi, media ilə iş və piar, fondrayzinq məsələləri, təhsilin inkişafı ilə bağlı yeni layihə və təkliflərin irəli sürülməsi, təhsilin sifarişçisi sayılan valideyn icmasının əhəmiyyətinin artırılması, müxtəlif dövlət orqanları, bir neçə ictimai və özəl təşkilat platformaları ilə, habelə, ekspert-mutəxəssis qrupları ilə birgə əməkdaşlıq mexanizmlərinin tətbiqi, birliyin nəşr-mətbu və informasiya orqanlarınin təsisi və sair digər əhəmiyyətli hədəflər prioritet vəzifələr kimi qəbul edilmişdir. Filial rəhbərlərinə yerlərdə yeni tədris ili üzrə fəaliyyətin təşkilinə dair müvafiq tapşırıqlar verilmiş, imkansız ailələrdən olan bəzi şagirdlərə dəstək, gənclər və könüllülərlə iş, ekspert potensialının səmərəli cəlbi, maliyyə hesabatlılıgı və şəffaflığın təmin olunması, bəzi filiallarda fəaliyyətin aktiv təşkili, yaxın zamanlarda bütün filiallarda Mərkəzi ofis, Daxili Nəzarət və Monitorinq məsələləri üzrə müavinlik və NTK tərəfindən monitorinqlərin keçirilməsi müzakirə olunmuşdur. “Müəllimlər günü” ərəfəsində AVMA İB-nin 14-cu Qurultayının və İdarə Heyətinin qərarı ilə təltif olunmuş ictimaiyyət nümayəndələri, ekspertlər, millət vəkilləri, ən fəal muəllim, şagird və müəllimlərin digər qruplarının təltif olunması üçün Təltifetmə Mərasimin keçirilməsi, 2019-cu ilin yuksək nəticələrinə görə AVMA İB-nin qızıl medalına layiq görülən 3 nəfərin də bu Mərasimdə medallarının təqdim olunması qərara alınmışdır.

AVMA İB Mətbuat Xidməti.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir