Azərbaycan Valideyn-Müəllim Assosiasiyası

AVMA-nın Qax-İsmayıllı-Oguz-Qəbələ turu

24 avqsut 2019-cu iı tarixdə AVMA İB təşəbbüsü ilə bir qrup VMA üzvləri, valideynlər, müəllimlər, uşaqlar, tələbələrin iştirakı ilə Qax-İsmayıllı-Oguz-Qəbələ marşrutu üzrə yay istirahət turu təşkil olundu. Səfərdə təhsil eksperti Nadir İsrafilov da iştirak edirdi. Öncə iştirakçılar İsmayıllı rayonunda Qalıncaq kənd orta məktəbinin direktoru Xalid Seyidovun qonağı oldular, meşədə piknik təşkil olundu. Daha sonra Qax İlisu kəndinə ekskursiya edildi. Mamırlı şəlaləsi və s mənzərəli yerlərə gəzintilər oldu. Axşam mədəni proqram, diskoteka təşkil olundu. Növbəti gün iştirakçılar Oguzda Xal-Xal şəlaləsində ekskursiyada oldular. Daha sonra isə Qəbələdə mektebgushesi.az saytının rəhbəri Məzahir Məmmədlinin təşkilatçılığı ilə Qəbələ meşəsində piknik və s. gəzintilər oldu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir