Azərbaycan Valideyn-Müəllim Assosiasiyası

Qubada “Məktəb ailəsi” təlim-istirahət düşərgəsi

“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyi

PRESS RELİZ.

26 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İB-nin “Məktəb ailəsi” təlim-istirahət düşərgəsinin təşkili layihəsi çərçivəsində Quba şəhərinə səfərimiz oldu. Valideynlər, uşaqlar, gənclər, qabaqcıl təhsil işçiləri, təhsil ekspertləri, jurnalistlərin iştirak etdiyi 32 nəfərlik nümayəndə heyəti Qubanın Afurca kəndindəki “Qədim Qala” İstirahət Kompleksində düşərgəsinin aşılışını etdi. 
Qubanln gözəl təbiətli mənzərələrinə, Təngəaltıya, Afurca şəlaləsinə ekskursiya oldu, meşədə piknik təşkil olundu. İştirakçılar müxtəlif gəzintilərdə iştirak etdilər, gecə piknikində özləri yemək hazırladılar, onlar arasında müxtəlif əyləncəli vəm idman oyunları keçirildi. 
27 iyul 2019-cu ildə Dövlət İmtahan Mərkəzinin yerli nümayəndələri ilə təhsilin müxtəlif sahələri, imtahanlar mövzusunda maraqlı müzakirələr oldu, ekspertlərin münasibətləri və rəyləri öyrənildi, suallar cavablandırıldı. 
Tədbirdə Dövlət İmtahan Mərkəzinin Xaçmaz Birliyi, Quba QHT-lərin Regional Təlim Məkəzinin nümayəndələri, media nümayəndələri, təhsil ekspertiəri və təhsil iştirakçıları, valideynlər, müəllimlər, şagirdlər, məktəb direktorları iştirak edirdi. 
İştirakçılar Quba “Soyıqrım Memorial Kompleksi” Muzeyinə ziyarət etdilər, onlara Quba soyqırımı ilə bağlı geniş məlumat verildi. Daha sonra Qubada keçirilən Regional Mətbəx festifalına qatıldılar, azsaylı xalqların milli mətbəxi ilə tanış oldlar. 
Səfərin təəssüratları ilə bağlı iştirakçılardan videomüsahibələr alındı. Tədbirlərin foto video materialları, reportajlar mediada geniş işıqlandırılacaqdır.
Layihənin həyata keçirilməsindəki dəstəyə görə Azərbaycan Respublikasınln Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına, Prezident Administrasiyasına, Təhsil Nazirliyinə, Quba Rayon İcra Hkimiyyətinə, Dövlət İmtahan Mərkəzinin rəhbərliyinə və onun Xaçmaz Regional Bölməsinin rəhbərliyinə dərin minnətdarlığımzı bildiririk. 
AVMA İB Mətbuat Xidməti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir