Azərbaycan Valideyn-Müəllim Assosiasiyası

Təhsil Nazirliyi yanında “İctimai Şura”.

“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyi Təhsil Nazirliyi yanında “İctimai Şura”nın yaradılması haqqında Nazir Ceyhun Bayramovun əmrini yüksək qiymətləndirir. 
Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 2013-cü il tarixdə imzaldığı və 1 iyun 2014-cü ildən qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq dövlət orqanları yanında “İctimai Şura”ların yaradılması vətəndaşların (vətəndaş cəmiyyəti institutlarının) dövlət idarəetmə prosesində yaxından iştirakı, ictimai nəzarətin təşkili, ictimai rəyin nəzərə alınması kimi mühüm missiya daşıyır. 
Birliyimizin dəfələrlə təhsil sahəsində irəli sürdüyü təşəbbüs və təkliflərdən ən önəmlisi də bu Şuranın yaradılması idi. 
Təhsil Nazirliyinin bu bu qərarı mühüm, təqdirəlayiq hadisədir. Texniki prosedurlarla bağlı həmkarlarımın narahatçılığını başa düşmək olar, bunlar hüquqi-texniki prosedurlardır və yəqin ki, texniki məsələlərdə ictimai rəy nəzərə alınacaq. Amma, ümumilikdə, bu təşəbbüs alqışlanasıdır. 
Birliyimiz İctimai Şura seçkilərində fəal iştirak edəcək və ona dəstək verəcək.
Şurada seçiləcək hər bir vətəndaş cəmiyyəti nümayəndələrinə ugurlar diləyir və ümid edirik ki, bu Şura təhsil sahəsində mühüm qərarların qəbul olunmasında ictimai rəyi ifadə edə biləcək. 

Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb. İctimai Şuranın yaradılması Təhsil Nazirliyinin fəaliyyətində şəffaflığın daha da artırılması, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır.

İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil etmək, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Təhsil Nazirliyinə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurumdur.

İctimai Şura ictimai əsaslarla (ödənişsiz) fəaliyyət göstərəcək. Təhsil sahəsində ixtisaslaşan hər bir Azərbaycan vətəndaşı İctimai Şuraya üzv seçilə bilər.

İctimai Şuraya seçkilərin təşkili məqsədilə Təhsil Nazirliyinin 4 və təhsil sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının 5 nümayəndəsindən ibarət seçki komissiyası yaradılıb. Seçki komissiyasının ilk iclasında İctimai Şura üzvlərinin sayı, namizədlərin, seçicilərin qeydiyyatı və digər təşkilati məsələlər barədə qərar qəbul edilib.

İctimai Şuraya namizədlərin və seçici qismində çıxış edəcək vətəndaş cəmiyyəti institutlarının qeydiyyatı iyulun 22-dən avqustun 23-dək davam edəcək. İctimai Şuraya üzvlüyə namizəd şəxslərə və seçki prosesində seçici kimi iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinə dair tələblərlə nazirliyin rəsmi internet səhifəsinin elan bölməsində (https://edu.gov.az/az/page/228/16933) tanış olmaq olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir