Azərbaycan Valideyn-Müəllim Assosiasiyası

İsmayıllıda “Məktəb ailəsi” təlim-istirahət düşərgəsi

28 -29 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İB-nin “Məktəb ailəsi” təlim-istirahət düşərgəsinin təşkili layihəsi çərçivəsində Ismayıllı şəhərinə səfərimiz oldu.    Valideynlər, uşaqlar, gənclər, qabaqcıl təhsil işçiləri, təhsil ekspertləri, jurnalistlərin iştirak etdiyi 24 nəfərlik nümayəndə heyəti İsmayıllının Yuxarıbaş kəndindəki “Çıraqban” İstirahət Kompleksində düşərgəsinin aşılışını etdi. Təhsilin aktual problemləri, uşaqların psixoloji davamlılığı, müəllim-şagird, valideyn-müəllim, məktəb ailə münasibətləri, imtahanlar, nəticələr və qiymətləndirmə, habelə, bir çox mövzularda təlim sessiyalar, maraqlı müzakirələr keçirildi, təkliflər irəli sürüldü. İsmayıllının gözəl təbiətli mənzərələrinə ekskursiya edildi, meşədə piknik, “Şəlalə”, “Günəş park” (zoopark), Lahıc qəsəbəsinə səfər olundu, maddi-mədəniyyət nümunələri, yerli əhalinin sənətkarlıq inciləri ilə tanışlıq oldu. 29 iyun 2019-cu ildə Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Nəsimi Teymurovun, QHT Qəbələ Regional Təlim Mərkəzinin rəhbəri Səbuhi Nəbiyevin iştirakı ilə Dövlət İmtahan Göyçay Mərkəzinin Regional Böıməsinin rəhbəri Elnur Qədirli və nümayəndəsi Müşfiq İsrayılov ilə imtahanlar mövzusunda maraqlı müzakirələr oldu, suallar cavablandırıldı.  Səfərin təəssüratları ilə bağlı iştirakçılardan videomüsahibələr alındı.          Növbəti düşərgə Quba rayonunda olacaq. Tədbirlərin foto video materialları, reportajlar mediada geniş işıqlandırılacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir