Azərbaycan Valideyn-Müəllim Assosiasiyası

VMA-ların Bakı müşavirəsi

19 iyun “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyinin Mərkəzi ofisində İcra Şurası, İdarə Heyəti üzvləri və əməkdaşların iştirakı ilə müşavirə keçirildi. 
Tədris ilinin yekunları, AVMA İB və onun filiallarının fəaliyyəti, heabatlar, keçirilən tədbirlər, görüşlər müzakirə olundu. Seçim və Qiymətləndirmə Komissiyasının qərarları elan olundu. AVMA İB növbəti dövr üçün fəaliyyət perspektivləri, mühasibat uçotu və qaydalarına dair qanunvericilik, son dövrdə qəbul edilən qərar və sərəncamlar, dəyişikliklər, təlim məsələləri, məktəblərin problemlərinə dair fikir mübadiləsi aparıldı. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata kecirilən “Məktəb ailəsi” layihəsi üzrə səfərlərin başlanılması və digər məsələlər nəzərdən keçirildi. Üzvlərə və əməkdaşlara müvafiq tapşırıqlar verildi. AVMA İB-nın təsis etdiyi ilk medalların tədbirlərinin kütləviliyi, keyfiyyəti və xeyriyyəçiliyi ilə fərqlənən, şəffaf idarəçilik və məktəb ailə mühitinin yaradılmasına görə 67 saylı məktəbin direktoru İradə Bayramovaya, ad günü və yaradıcılığının 40 illiyi nəzərə alınaraq AVMA İB Mədəniyyət və İncəsənət departamentinin rəhbəri, uşaq bəstəkarı Xanım Quliyevaya və iyun ayının sonunda elan ediləcək ən fəal VMA rəhbərinə verilməsi qərara alındı. AVMA İB medalı Rəşid Behbudov adına Tetrda keçirilən Xanım Quliyevanın 40 illik yaradıcılıq gecəsində ona təqdim olundu. Digər medallar AVMA İB nın keçirəcəyi Təqdimat mərasımındə sahiblərinə təqdim olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir