Azərbaycan Valideyn-Müəllim Assosiasiyası

Astarada “Məktəb ailəsi” təlim-istirahət düşərgəsi

21 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İB-nin “Məktəb ailəsi” təlim-istirahət düşərgəsinin təşkili layihəsi çərçivəsində Astara şəhərinə ilk səfərimiz oldu. Valideynlər, uşaqlar, gənclər, qabaqcıl təhsil işçiləri, təhsil ekspertləri, jurnalistlərin iştirak etdiyi 24 nəfərlik nümayəndə heyəti Astaranın Siyakü kəndindəki “Abşeron” İstirahət Mərkəzində ilk düşərgəsinin aşılışını etdi. Təhsilin aktual problemləri, uşaqların psixoloji davamlılığı, müəllim-şagird, valideyn-müəllim, məktəb ailə münasibətləri, imtahanlar, nəticələr və qiymətləndirmə, habelə, bir çox mövzularda təlim sessiyalar, maraqlı müzakirələr keçirildi, təkliflər irəli sürüldü. Astaranın gəzməli təbiət mənzərələri seyr edildi, Meşədə piknik, “Yanar bulaq”, “Seyid Əhməd ibn Kərim” və s mədəni abidələr, ziyarətgahlar, Astara bulvarında gəzinti oldu. Dövlət İmtahan Mərkəzinin yerli koordinatoru ilə imtahanlar mövzusunda maraqlı müzakirələr oldu. İştirakçılardan müsahibələr alındı. Növbəti düşərgə İsmayıllı rayonunda olacaq. Tədbirlərin foto video materialları, reportajlar mediada geniş işıqlandırılacaqdır..

AVMA İB Mətbuat Xidməti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir