Azərbaycan Valideyn-Müəllim Assosiasiyası

İctimai müzakirədə yeni Qanun layihəsi.

Yeni Qanun layihəsi.
Belə bir təşəbbüs və vətəndaşa etimad yüksək dəyərləndirilir. 
Qanun layihəsi ilə bağlı AVMA İB adından öz təkliflərimizi verdik.

Bu gün Azərbaycan Respublikası Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikası Qanun layihəsinin ictimai müzakirəsi keçirilib. Tədbirdə Milli Məclisin deputatları və QHT ekspertləri, o cümlədən, AVMA İB icraçı direktoru Şahin Rəcəbov iştirak etmişlər. Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev Şura ilə Milli Məclis arasında 2014-cü ildə imzalanan Memoranduma uyğun olaraq “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikası Qanun layihəsinin ictimai müzakirəsinin təşkil olunduğunu bildirib. Milli Məclisin komitə sədri Əli Hüseynli qanun layihəsi barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən QHT ekspertləri qanun layihəsi ilə bağlı fikirlərini bildirib, həmçinin rəy və təkliflərini səsləndiriblər. AVMA İB adından icraçı direktor Şahin Rəcəbov layihə ilə bağlı təkliflərini irəli sürdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir