Azərbaycan Valideyn-Müəllim Assosiasiyası

“İdrak” liseyində bayram tədbiri

27 may 2019-cu ildə “İdrak” liseyində “28 may – Müstəqillik günü” ilə əlaqədar bayram tədbiri keçirildi. Tədbirdə məktəblilər ingilis dilində təqdimatlar etdilər. Milli kulinariya, milli rəqslər və özfəaliyyətlər, şair və ədiblərimizin nəşrlərinin təqdimatları oldu. Tədbirdə müxtəlif təşkilatların və media nümayəndələri, “Simurq” Mədəniyyət Assosiasiyasının sədri, professor Fuad Məmmədov, təhsil eksperti Şahlar Əsgərov, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, AVMA İB icraçı direktoru Şahin Rəcəbov və digər qonaqlar iştirak etmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir