Azərbaycan Valideyn-Müəllim Assosiasiyası

Baba Vəziroglu ilə görüş

14 may 2019-cu il C.C. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında AVMA Nərimanov rayonu 6 saylı filialının təşkilatçılığı ilə Azərbaycanın Əməkdar İncəsənət xadimi, şair, nasir, dramaturq Baba Vəzriroğlu ilə məktəb kollektivinin görüşü keçirildi. Görüşdə Gimnaziya rəhbərliyi, AVMA İB İcraçı direktoru Şahin Rəcəbov, müavini Rəşad İbrahimov, AVMA İB 6 saylı filialın rəhbəri Nailə Qurbanova, təhsil eksperti Nadir İsrafilov, media nümayəndələri də qonaq qismində iştirak etmişlər. Görüşdə şairin həyat və yaradıcılığına nəzər salınmış, şagirdlər tərəfindən şairin şerləri səsləndirilmişdir. Baba Vəziroglu məktəblilərin suallarını cavablandırmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir