Azərbaycan Valideyn-Müəllim Assosiasiyası

AVMA İB Mərkəzi ofisində toplantı

Bu gün 7 may 2019-cu il tarixdə “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai birliyinin Mərkəzi ofisində İdarə Heyətinin genişləndirilmiş yığıncağı keçirilmişdir. Birliyin yeni seçilmiş rəhbər heyəti, müavinləri, departament və xidmət rəhbərləri təqdim olunmuş, perspektiv fəaliyyətlər müzakirə edilmişdir. Birliyin 6 sahə üzrə müavinləri: 1. İnzibati idarəetmə, Daxili nəzarət və Monitorinq məsələləri üzrə müavin – Rəşad İbrahimov; 2. Təşkilati məsələlər üzrə müavin – Naibə Əhmədova; 3. Maliyyə məsələləri üzrə müavin – Ziyafət Hacıyeva; 4. Humanitar məsələlər üzrə müavin – Nailə Qurbanova; 5. Beynəlxalq məsələlər və fondrayzinq üzrə müavin Camal Şərifov; 6. Elm və innovativ təşəbbüslər üzrə müavin İlqar Orucov təqdim olunmuşdur. 
Birliyin Mətbuat Xidmətinin rəhbəri Rüfət Sultan; Sosial media üzrə piar xidmətinin rəhbəri Mehriban Qurbanova; Uşaq, ailə və qadın məsələləri üzrə departamentin və Uşaqlara Dəstək Fondunun Seçim və Qiymətləndirmə Komissiyasının rəhbəri Sitarə Məmmədova müəyyənləşdirilmişdir. 
“Məktəb ailəsi” təlim-istirahət düşərgəsinin təşkili layihəsi üzrə Astara turunda iştirak edəcək şəxslərin siyahısı təsdiq edilmişdir. Cari işçi sənədlər qəbul edilərək, təsdiq edilmişdir. 
Yeni rəhbərliyin, həmçinin fərqlənənlərin təltif edilməsi üçün təntənəli təqdimetmə mərasiminin təşkili qərara alınmışdır.
Bir sıra Dövlət orqanlarının rəhbərliyi ilə görüşlərin keçirilməsi və bir neçə təşkilatla əməkdaşlıq haqqında memarandiumun imzalanması üçün layihənin hazırlanması qərara alınmışdır. 
Birliyin rəhbər heyətinə ziyalıların, təhsil ekspertlərinin, alimlərin cəlb olunması başlanılmışdır və bu işin davam etdirilməsi qərara alınmışdır.

AVMA Mətbuat Xidməti.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir