Azərbaycan Valideyn-Müəllim Assosiasiyası

“Odlar yurdu” Universitetində Beynəlxalq təlim

20 aprel 2019-cu ildə “Odlar yurdu” Universitetində tədrisin təşkilində yeni yanaşmalar üzrə beynəlxalq təlim keçirildi. Təlimin “Ümumtəhsil məktəblərində məktəb icma münasibətləri, valideyn-müəllim, məktəb-ailə əlaqələrinə dair” istiqamətli panelində AVMA İB icraçı direktoru məruzə ilə çıxış etdi. Məktəb-ailə, valideyn-müəllim, valideyn-şagird-müəllim əməkdaşlığı, Valideyn-Müəllim Assosiasiyalarının yaradılması və s. mövzularda çıxış edən Şahin Rəcəbov iştirakçıların suallarını cavablandırdı. Panel məruzə çox böyük maraqla qarşılandı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir