Azərbaycan Valideyn-Müəllim Assosiasiyası

AVMA İB 14-cü Ümumi Yığıncağı

17 aprel 2019-cu ildə “Dubai” İnternasional oteldə Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” (AVMA) İctimai Birliyinin 14-cü ümumi yığıncağı keçirilib. Təhsil istirakçılarının -valideynlərin, müəllimlərin, nümunəvi və istedadlı uşaqların qatıldığı tədbirdə qonaqlardan Milli Məclisin deputatları Dilarə xanım Cəbrayılova, Elman Məmmədov, Əliməmməd Nuriyev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Şəbnəm Əlicanzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının beynəlxalq əlaqələr üzrə baş məsləhətçisi Togrul Məmmədli, Dövlərt İmtahan Mərkəzinin nümayəndəsi Xanlar Xanlarzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Fikrət Rzayev, region təhsil şöbələrinin nümayəndələri, Bakı və regionlardan məktəb direktorları, təhsil ekspertləri Nadir İsrafilov, Nabatəli Qulamoğlu, Nisə xanım Cavanşir, Fərman Abdullayev, Məlahət Mürşüdlü, təhsil veteranı Məhəmməd Bayramov, Azərbaycan Təhsil Şurasının sədri Hikmət Əlizadə, Mətbuat Şurasının üzvü, əməkdar jurnalist Azər Həsrət, “Simurq” Mədəniyyət Assosiasiyasının sədri, professor kulturoloq, Fuad Məmmədov, Gəncliyə Yardım Fondunun Vitse-prezidenti Salman Əliyev, EMEDİA şirkətinin rəhbəri Elşən Əliyev, “Sağlam ailə” ictimai birliyinin rəhbəri Xanım Quliyeva, Karyera və Təhsil Mərkəzinin rəhbəri Elşən Qafarov, AZƏRTAC İnformasiya Agentliyinin nümayəndəsi Pərvanə xanım İmanova, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azpress.AZ foto-video İnformasiya Agentliyindən Rasim Sadıqov və çəkiliş qrupu, nümayəndələri,”Mektebgushesi.az saytının” rəhbəri Məzahir Məmmədli, “Tehsilshurasi.az” saytının rəhbəri Arif Gurşadoğlu, “Azərbaycan məktəbi” jurnalının şöbə mudiri, “Təhsil dünyası” qəzetinin təsisçisi Böyükağa Mikayıllı, “Azərbaycan məktəbi” jurnalının şöbə mudiri, “Təhsil dünyası” qəzetinin təsisçisi Böyükağa Mikayıllı, əməkdar müəllimlər, digər qonaqlar və xüsusi istedadı olan uşaq və gənclər istirak etmişlər. Tədbirin İnformasiya dəstəyini AZƏRTAC və AZpress.AZ video-foto İnformasiya agentlikləri həyata keçirmişlər. İctimai birliyin icraçı direktoru Şahin Rəcəbov Birliyinin fəaliyyəti haqqında məlumat verib.. Bildirib ki, AVMA 2005-ci ildə Təhsil Nazirliyinin və BMT-nin Uşaq Fondunun təşəbbüsü ilə yaradılmış təhsil platformasıdır. Bu platforma ABŞ modelindən götürülüb və bütün inkişaf etmiş dövlətlərdə fəaliyyət göstərir. Assosiasiya təhsilə, məktəbə dəstək funksiyasını, eyni zamanda, qeyri-hökumət təşkilatları, “İctimai iştirakçılıq” haqqında qanunvericiliyə uyğun olaraq ictimai nəzarəti həyata keçirir. AVMAİB-nın əsas məqsədi ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, uşaqlar üçün yararlı təhsil mühitinin formalaşdırılmasına dəstək olmaq, həmçinin, müəllim, valideyn və şagirdlərin hüquqlarını müdafiə etmək və müxtəlif sosial xarakterli layihələri həyata keçirməkdir. Assosiasiya həm məktəbə ictimai nəzarət edir, həm də təhsil müəssisələrinə maddi, texniki və mənəvi dəstək olur. AVMAİB artıq ictimaiyyət tərəfindən cəmiyyətdə təhsilə böyük dayaq mərkəzlərindən biri kimi dəyərləndirilir. Sıralarında böyük kollektivi – təhsil ekspertlərini, müəllimləri, məktəb direktorlarını, valideyn və şagirdləri birləşdirən assosiasiya Bakıda və regionlarda təhsil müəssisələrində bir sıra təlim, görüşlər təşkil edib, müxtəlif layihə və proqramlar həyata keçirib.

Milli Məclisin deputatları Dilarə Cəbrayılova, Elman Məmmədov, Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Şəbnəm Əlicanzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının beynəlxalq əlaqələr üzrə baş məsləhətçisi Togrul Məmmədli, Dövlərt İmtahan Mərkəzinin nümayəndəsi Xanlar Xanlarzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Fikrət Rzayev, Təhsil Şurasının sədri Hikmət Əlizadə, təhsil ekspertləri Nadir İsrafilov, Nabatəli Qulamoğlu, Nisə xanım Cavanşir, Fərman Abdullayev, Məlahət Mürşüdlü, təhsil veteranı Məhəmməd Bayramov, məktəb direktorları Ceyran Kuliyeva, İradə Bayramova, Mətbuat Şurasının üzvü, əməkdar jurnalist Azər Həsrət, “Simurq” Mədəniyyət Assosiasiyasının sədri, professor kulturoloq, Fuad Məmmədov, Gəncliyə Yardım Fondunun Vitse-prezidenti Salman Əliyev və digər natiqlər Ümumi yığıncağa ugurlarını arzulayaraq təhsilin inkişafı və problemləri ilə bağlı fikirlərini bildirdilər, AVMAİB-nın fəaliyyətini yüksək dəyərləndiriblər. 
AVMAİB tərəfindən təhsil, media, vətəndaş cəmiyyəti, milli maraqlar və vətənpərvərlik, mədəniyyət və incəsənət sahəsində xüsusi fərqlənmiş şəxslərə, habelə, təhsildə fərqlənən uşaq və gənclərə, valideyn və müəllimlərə ödüllərin təltif etmə mərasimi oldu. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, təhsil ekspertlərinə, fərqlənən şagird, müəllim və valideynlərə, ictimaiyyət və media nümayəndələrinə mükafatlar təqdim olundu. 
Ümumi Yığıncaqda Şahin Rəcəbov yenidən yekdilliklə AVMAİB-nin icraçı direktoru seçildi. 
Tədbir istedadlı uşaq və gənclərin özfəaliyyətlərinin çıxışı ilə yekunlaşdırıldı.
AVMA İB Mətbuat Xidməti.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir