Azərbaycan Valideyn-Müəllim Assosiasiyası

Uğurlu təhsilimiz naminə

Ulu Öndər Heydər Əliyevin təhsilimiz haqda xeyli kəlamları vardı ki, bu gün də onları xatırlayır, nəticə çıxarmağa çalışırıq. Onlardan biri də “Məktəb, maarif təhsil işiylə həmişə bağlı olmuşam… Hesab edirəm ki cəmiyyət hardan olursa -olsun, nədən olursa-olsun kəsib, təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək edilməlidir”-kəlamıdır.

Hər vaxt təhsilə, təlimə xüsusi diqqət yetirən, onların yolunda fədakarlıq göstərən insanlar diqqətimi çəkib. Onların gördüyü işləri böyük qürurla qiymətləndirib paylaşmağı özümə borc bilmişəm. Belə qəhrəmanlarımdan biri də Seyid Cəfər Pişəvari adına Respublika Humanitar Gimnaziyasında (N.Nərimanov, 6 saylı) müəllim və şagirdlərin təşəbbüsü ilə Azərbaycan Valideyn Müəllim Asosassiyasının Prezidenti (VMA) seçilmiş Qurbanova Nailə Qəhrəman qızıdır.

Xatırladım ki, bu məktəb fəaliyyəti dövründə xeyli istedadlı, yüksək nəticə göstərən məzunları ilə tanınıb. 1956-cı ildən bu günədək fəaliyyət göstərən təhsil ocağının hazırda direktou olan Osmanova Xuraman Müseyib qızının və müəllim kollektivinin peşəkar xidməti sayəsində təlim tərbiyyə prosesi olduqca mükəmməl və şəffafdır.

Bildirim ki, müəllim və şagirdlərin razılığı əsasında yaranan bu qurum VMA könüllü olaraq valideynlərdən yığılan vəsit hesabına şagirdlərin sosial fəaliyyətini inkişaf etdirmək, asudə vaxtlarını səmərəli keçirmək və onların hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradır.

VMA-da fəaliyyətə başladığı vaxtdan 15 illik əmək fəaliyyətinə malik, Ali təhsilli Nailə xanım ilk növbədə işinə Gimnaziyanın həyətində ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlərimizin əbədi xatirəsi üçün düzəldilmiş guşəni təmir etdirməklə başlayır. Daha sonra sinif otaqlarında təmir bərpa işləri, istilik sistemlərinin təmin olunması, komputerlərin alınmasını təmin etmişdir ki, bu da şagirdlərin müasir standartlara uyğun təhsil almasına şərait yaratmışdır.

Gimnaziyada təhsil alan, maddi şəraitləri aşağı olan şagirdlər məhz VMA tərəfindən məktəbli formaları, kitab-dəftərlə təmin olur ki, bu da tədqirəlayiq haldır.
Heydər Əliyev Fondunun ölkəmizdə təbliğ etdiyi xeyriyyəçilik ənənəsinə sadiq qalan təhsil ocağının müəllim və şagird heyəti VMA-nın dəstəyi ilə Ümid yeri Uşaq sığınacağına, Masazır İnternat məzunlarına, Autizmdən əziyyət çəkən uşaqlara, mütəmadi olaraq yardım edilir, hədiyyələr verilir.Nailə xanımın gördüyü uğurlu işlər arasında oxu zalı və musiqili əyləncə otağının əhəmiyyəti böyükdür. Xarici və yerli ədəbiyyatla təchiz olunmuş oxu zalına sərf olunan vəsait də VMA tərəfindən ayrılıb.

Növbəlik qaydada praktiki olaraq dərslərlə əlaqədar şagirdlər Qobustan, Milli Memarlıq Qoruğuna, Milli Tarix ədəbiyyat Muzeyinə, Milli Dram Teatrına və s. təşkilini də VMA həyata keçirir.

Novruz Bayramı Milli adət-ənənəmizə uyğun olaraq şagirdlərin böyük həvəslə iştirakı ilə keçirilir ki, bu da VMA-nın təşkilatçılığı ilə baş tutur.

Təşkilatçılığı, işgüzarlığı, şagirdlərə xüsusi yanaşma prinsipinin nəticəsidir ki, Nailə xanım valideynlər tərəfindən sevilir. Bu da bir daha sübut edir ki, işindən vəzifəsindən asılı olmayaraq, istənilən sahədə uğur qazanmaq olar. Yetər ki, işin tələb etdiyi öhdəlikləri yerinə yetirə biləsən.
Bunu da daha bir Azərbaycan qadınının uğuru hesab etmək olar. Xüsusən təhsilə, təlimə sərf olunan ömür heç vaxt hədər getmir, daima qiymətləndirilir. Uğurlu təhsilimiz naminə gördüyünüz işlərdə yeni-yeni müvəffəqiyyətlər arzu edirik hörmətli Nailə xanım.
Düşünürəm ki, bütün məktəblərdə belə birliyin yaranmasına ehtiyac var.
Elnarə Abbasova
Asiya.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir