Azərbaycan Valideyn-Müəllim Assosiasiyası

Azay Quliyev: “ATƏT PA-da milli maraqlarımıza tam cavab verən, çox vacib və tarixi qətnamə layihəsi qəbul etdi”

Məlumat verildiyi kimi, aprelin 6-9-da Danimarkanın paytaxtı Kopenhagen şəhərində ATƏT Parlament Assambleyasının (ATƏT PA) Büro iclası keçirilir. Büro iclasında Assambleyanın siyasi məsələlər və təhlükəsizlik; iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit; demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitələrinin məruzələri və qətnamə layihələri müzakirə olunacağı bildirilirdi.

Bu gün Büro iclasında Azərbaycan üçün vacib sənəd qəbul olunub. Bu haqda Büro iclasında iştirak edən, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev tvitter hesabında məlumat yayıb. Payaşımda qeyd olunur: “Bu gün ATƏT PA-nın Bürosu illik sessiyada təsdiq olunmaq üçün Azərbaycanla bağlı detallarını hələ açıqlamaq istəmədiyim, lakin milli maraqlarımıza tam cavab verən, çox vacib və tarixi qətnamə layihəsi qəbul etdi. Büro üzvlərinə layihəyə verdikləri dəstəyə görə təşəkkür edirəm”.

Detalların açıqlanmaması böyük ehtimalla qurumun prosedur qaydaları ilə əlaqədardı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir