Azərbaycan Valideyn-Müəllim Assosiasiyası

İdarə Heyətinin növbəti yığıncağı keçirildi

“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyinin İdarə Heyətinin növbəti yığıncağı keçirildi. Qərar və tapşırıqların icra vəziyyəti, görülən işlər, qarşıda duran vəzifələr, məktəb-media münasibətləri, qarşıdan gələn 14-cü Ümumi Yığıncaga hazırlıq, piar, maliyyə və s. bağlı məsələlər müzakirə olundu. Birliyin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət dəstəyi Şurası tərəfindən elan edilən qrant müsabiqəsində “Məktəb ailəsi” təlim-istirahət düşərgələrinin təşkili” adli layihəsinin qaliblər sırasında olması və bu layihənin Astara, İsmayıllı və Quba rayonunda icra olunacağı ilə bağlı məlumat verildi. Hesabat təqdimatlarinin, VMA-larin fəaliyyəti üzrə təhsil iştirakçılarının qiymətləndirilməsi, bununla bağlı video- müsahibələrin təşkili, habelə, humanitar məsələlər üzrə muavinə məktəb uşaq ozfəaliyyətləri ilə bağlı təqdimatların hazırlanması tapşırıldı. Birliyin təqaüdçülərinə təqaüdlər verildi. Jurnalistlərin təhsil müəssisələri ilə iş sahəsindəki fəaliyyəti, peşə etikası qaydaları və digər məsələlərin müzakirəsi ucun görüş və təlimlərin təşkili ilə bağlı Mətbuat Şurası ilə sıx əməkdaşlığın təşkili qərara alındı. Müvafiq texniki məsələlərin həllindən sonra Ümumi Yığıncaqla bağlı ictimaiyyətin məlumatlandırılacagı, qonaqların, millət vəkillərinin, dövlət, qeyri-hökumət, media orqanlarının, təhsil ekspertlərinin dəvət olunacağı, habelə, fəaliyyətlərində fərqlənən təhsil iştirakçılarının (valideyn, müəllim, sagird), müəssisə idarəedicilərinin, mütəxəssislərin və jurnalistlərin qiymətləndiriləcəyi qeyd olundu. Filiallara muvafiq tapşırıqlar verildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir